Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 19 iyun, 2021
- 04:26
Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində baş verib.
Mingəçevir şəhər sakini, 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu “Opel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, beton lövhəyə çırpılıb. Hadisə zamanı 3 nəfər – sürücü, sərnişinlər: Mingəçevir şəhər sakini, 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini, 42 yaşlı Məmmədov Kamran İmran oğlu müxtəlif ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə ağır yol qəzası olub, xəsarət alanlar var
Son xəbərlər
13:59
Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Fərdi13:58
Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Digər ölkələr13:54
Teymur Əliyev: "SOCAR-ın 8 startapı ayrıca şirkət kimi fəaliyyət göstərməyə hazırdır"
Energetika13:52
AQEM-in Baş katibi Azərbaycanın səfiri ilə təşkilatın nailiyyətlərini müzakirə edib
Xarici siyasət13:52
Foto
Sabit Zamanov: "Hər şeyə rəğmən sevgi" gül kompozisiyası həyatı assosiasiya edir
Mədəniyyət siyasəti13:50
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb, onlarla insan xəsarət alıb
Digər ölkələr13:33
Foto
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
Futbol13:31
Nazir müavini: "Xırdabuynuzlu heyvanların bəslənilməsi üçün örüşlər kifayət qədər deyil"
ASK13:24