Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 3 milyard manata yaxındır

Maliyyə
  • 13 noyabr, 2026
  • 14:40
Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 3 milyard manata yaxındır

Bu il oktyabrın 1-nə Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 2 milyard 740,6 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bu ilin əvvəli ilə müqayisədə 14,2 % çoxdur.

Son 1 ildə isə büdcəyə artıq ödəmələr 23,1 % artıb.