Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 08 avqust, 2023
  • 12:14
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində Bakı şəhər sakini Sevdimalıyeva Bəsdi Gülməmməd qızı ölüb.

Zaqatala rayon sakini Mahmudova Məhrubə Gülməmməd qızı, Bakı şəhər sakini 27 yaşlı Məmmədov İlkin İlyas oğlu və Abşeron rayon sakini 38 yaşlı Sevdimalıyev Eldəniz Abbasəli oğlu xəsarət alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

15.36

Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı avtomobilinin "KamAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər ağır xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Meyit isə aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.