Hərbi xidmətdən qayıdan oğluna yığıncaq keçirən ata cərimələndi
Hadisə
- 04 iyul, 2020
- 12:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən atanı inzibati məsuliyyətə cəlb edib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ölkədə elan edilən karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Son xəbərlər
10:43
"Xilasedici"nin kapitanı Vüqar Bayramov: "Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq"
Komanda
10:39
Video
"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub
İnfrastruktur
10:39
MEXT: Azərbaycanda 15 şirkətin rəqəmsal və "yaşıl" transformasiyası tamamlanıb
Biznes
10:31
IMF: Struktur islahatları xarici şoklardan yaranan itkilərin 20 %-ə qədərini kompensasiya edə bilər
İqtisadiyyat
10:31
4SİM: "Yaşıl transformasiya" və dayanıqlı inkişaf mövzuları kölgədə qalıb
Biznes
10:26
IMF: Qafqaz və Mərkəzi Asiya ölkələri ixracın şaxələndirilməsi səviyyəsinə görə geri qalır
İqtisadiyyat
10:22
IMF: Orta Dəhliz və özəl sektor Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi dayanıqlığını artıracaq
İqtisadiyyat
10:21
Karmen Naydu: "Yanacaq subsidiyaları Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya şoklarını yumşaldır"
Maliyyə
10:18
DSMF: 10 ayda sığortaolunanların sayı 140 min nəfərə yaxın artıb
Maliyyə