İki ay əvvəl kanalda boğulan yeniyetmənin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

Hadisə
  • 25 avqust, 2025
  • 18:01
İki ay əvvəl kanalda boğulan yeniyetmənin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

İki ay əvvəl Baş Mil kanalında boğulan yeniyetmənin meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, iki ay axtarışdan sonra kanaldakı su tamamilə qurudulub.

Nəticədə iyunun 15-də Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində batan Nihad Nağızadənin meyiti Baş Mil kanalında aşkarlanıb.

17:07

İki ay əvvəl boğulan yeniyetmənin meyitinin axtarışları üçün Baş Mil kanalının suyu tamamilə qurudulub.

“Report”un Qarabağ bürosunun məlumatına görə, iyunun 25-də Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində kanalda batan 2009-cu il təvəllüdlü Nihad Nağızadənin axtarışları davam etdirilir.

Bildirilib ki, bu məqsədlə Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci dukerdə su qurudulub.

Qeyd edək ki, hadisə baş verdiyi gündən Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yeniyetmənin meyitinin axtarışlarına cəlb olunub.

44 - Tezliklə