İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var
Hadisə
- 15 noyabr, 2016
- 15:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı. 15 noyabr. REPORT.AZ/ İsmayıllı rayonunda ağır yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, rayonun Eyyubəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Mercedes" yoldan çıxaraq aşıb və zərbənin gücündən iki hissəyə ayrılıb. Hər iki avtomobildə ölənlər və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Niva" markalı avtomobil "Azərsu" ASC-nin balansındadır və qəza zamanı ölən sürücü də bu qurumun işçisidir.
Son xəbərlər
12:30
Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
Futbol
12:27
Rubio G20 sammitindən sonra Qazaxıstana səfər etməyi planlaşdırır - Yenilənib
Digər ölkələr
12:25
İsmayıllıda zəlzələ olub
Hadisə
12:25
ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb
Region
12:16
İspaniyada "Adam" qasırğası və leysan yağışları səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib
Digər ölkələr
12:03
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
Biznes
12:01
Katsuya Vatanabe: Azərbaycandakı nəqliyyat və BOEM layihələri Yaponiya şirkətlərini cəlb edir – Müsahibə
Xarici siyasət
11:58
Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsində ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib
Hadisə
11:55
"Borussiya" "Sabah"la oyun üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb
Futbol