İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

Hadisə
  • 27 mart, 2017
  • 07:34
İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

Bakı. 27 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə-heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.