I Qarabağ müharibəsində itkin düşən, nəşinin qalıqları tapılmış Bahadur Kamalov dəfn edilib

Hadisə
  • 03 iyul, 2026
  • 19:17
I Qarabağ müharibəsində itkin düşən, nəşinin qalıqları tapılmış Bahadur Kamalov dəfn edilib

I Qarabağ müharibəsində itkin düşmüş və 44 günlük Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılmış Bahadur Kamalov Kəlbəcərin Zar kəndində dəfn olunub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, dəfn mərasimi rayonun Zar kəndində yerləşən yeni qəbiristanlıqda keçirilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Zar kənd sakini Kamalov Bahadur Məhəmməd oğlu 19 yanvar 1937-ci ildə anadan olub. O, müxtəlif illərdə yerli idarəetmə orqanlarında çalışaraq Zar kənd Sovetinin sədri vəzifəsini icra edib, kəndin ictimai-siyasi və sosial həyatında fəal iştirak edib.

Bahadur Kamalov 1993-cü il aprelin 5-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb. Uzun illər onun taleyi barədə dəqiq məlumat əldə olunmayıb və o, itkin düşmüş şəxslər siyahısında qeydiyyatda saxlanılıb. Aparılmış axtarış, identifikasiya və məhkəmə-tibbi ekspertiza tədbirləri nəticəsində Bahadur Kamalovun nəşinin qalıqları müəyyən edilib.

44 - Tezliklə