İmişlidə sürücü avtomobil tərəfindən vuruldu
Hadisə
- 24 aprel, 2020
- 15:04
İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 16 radələrində İmişli-Otuziki avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb düşən zaman hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.
Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən avtomobilin sürücüsü isə qaçıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda qəza törədən avtomobilin axtarışları davam etdirilir.
Son xəbərlər
05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08