Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib

Digər ölkələr
  • 26 sentyabr, 2026
  • 03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib

Böyük Britaniyanın Baş naziri Endi Börnhem növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib.

"Report"un məlumatına görə, o, bu açıqlamanı ITV telekanalının efirində verib.

"Növbəti seçkilərlə bağlı bütün fərziyyələrə birdəfəlik son qoymaq istəyirəm. İnsanlar bu yaxınlarda vəzifəyə başladığım üçün işimi görməyimi və vədlərimi yerinə yetirməyimi, şəxsi siyasi maraqları hər şeydən üstün tutmamağımı istəyirlər - seçki təyin etsəydim, məhz bunu edərdim. Mən bunu etməyə hazırlaşmıram", - Börnhem deyib.

O, həmçinin qeyd edib ki, Böyük Britaniya 2024-cü il ümumi seçkiləri üçün Leyborist Partiyasının platformasına səs verib və hökumət indi seçicilərə verdiyi vədləri yerinə yetirməyə diqqət yetirməlidir.

Xatırladaq ki, Börnhem Baş nazir vəzifəsinə 20 iyul 2026-cı ildə başlayıb.