Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Digər ölkələr
  • 26 sentyabr, 2026
  • 02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb.

"Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib.

Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xilas etməyə kömək edib, qalan miqrantlar isə üzərək Sloveniyaya gediblər.

Əlavə məlumat verilməyib.

Xorvatiya Qərbi Avropaya çatmağa çalışan miqrantların istifadə etdiyi Balkan quru yolu adlanan yolun üzərində yerləşir.

44 - Tezliklə