İki şəxs Bakı sakininə qarşı 56 min manatlıq dələduzluq edib

Hadisə
  • 27 iyun, 2016
  • 05:41
İki şəxs Bakı sakininə qarşı 56 min manatlıq dələduzluq edib

Bakı. 27 iyun. REPORT.AZ/ Bakıda daha bir şəxsə qarşı dələduzluq edilib.

“Report”un məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Samir Səlim oğlu Abdullayev huquq-muhafizə orqanlarına müraciət edərək 2013 və 2014-cü illərin dövrdə Qaçar və Anar adlı şəxslərin onu aldadaraq 56 200 manat pul aldıqlarını bildirib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

44 - Tezliklə