Hüquq-müdafiəçisi Elçin Behbudov bu gün Yasamal qəbirstanlığında dəfn olunacaq

Hadisə
  • 14 noyabr, 2015
  • 06:56
Hüquq-müdafiəçisi Elçin Behbudov bu gün Yasamal qəbirstanlığında dəfn olunacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib. Mərhumun ailəsi "Report"a bildirib ki, hüquq-müdafiəçisi dünən gecə dünyasını dəyişib. 

Mərhumun qəfildən ürəyi dayanıb. Hüquq müdafiəçisinin cənazəsi hazırda evindədir. 

Mərhum bu gün Yasamal qəbirstanlığında dəfn olunacaq.

Xatırladaq ki, E.Behbudov şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.