Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var

Hadisə
  • 03 avqust, 2018
  • 04:58
Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var

Hacıqabul. 3 avqust. REPORT.AZ/ Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha 1 nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. V.Yusifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağllı araşdırma aparılır.  

44 - Tezliklə