Hacıqabulda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Hadisə
  • 02 oktyabr, 2019
  • 18:30
Hacıqabulda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"xəbər verir ki, bu, rayon sakini, 1989-cu il təvəllüdlü İlkin Kərimağa oğlu Əliyev olub. 

Onun meyiti müayinə olunması üçün "morq"a təhvil verilib. ***19:13

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "İkarus" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub. Hazırda qəzada ölən piyadanın kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.