Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb
Hadisə
- 07 yanvar, 2016
- 15:21
Bakı. 7 yanvar. REPORT.AZ/ Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, hadisə bu gün Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində fəaliyyət göstərən "Nur" restoranında baş verib.
Belə ki, restoranda olan Bakı şəhəri, Sahil qəsəbəsinin sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib və onun yoldaşı əslən Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan, hazırda Sahil qəsəbəsində yaşayan, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətovun vəziyyəti isə kəskin ağırlaşıb. Təcili tibbi yardım maşını ilə ölən şəxsin meyiti Şirvandakı morqa, vəziyyəti ağır olan xəstə isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:41
Keçmiş məcburi köçkün: Vətənə geri qayıtmaqdan böyük xoşbəxtlik ola bilməz
Daxili siyasət06:30
Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:22
Xocalıya qayıdan sakin: Çox sevincli və həyəcanlı gündür
Daxili siyasət06:15
Tramp: Yaxın Şərqdəki bəzi dost ölkələr İranla münaqişədə yarımtərəfsiz mövqe tutub
Digər ölkələr05:47
Özəl şirkət Yaxın Şərqdə ABŞ-nin neft obyektlərini PUA-lardan qoruyacaq
Digər ölkələr05:18
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Digər ölkələr04:55
İmran Xan həbsxanadan xəstəxanaya köçürülüb
Digər ölkələr04:21
Ronaldinyo İtaliyanın "Ravenna" klubunun futbolçusu kimi təqdim olunub
Futbol03:56