Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə
  • 17 may, 2024
  • 00:31
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Mayın 17-də saat 03 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobilinin hava şəraiti ilə əlaqədar yol kənarında maneyə dəyib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin Ramin Əsgərov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə