Hacıqabulda avtoqəzada ölən və xəsarət alanların kimliyi bilinib - YENİLƏNİB
- 08 sentyabr, 2026
- 09:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Hacıqabul rayonunda avtomobil qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Aran bürosu xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Ölənlər 1970-ci il təvəllüdlü Həsənov Azər Vəli oğlu, 1969-cu il təvəllüdlü Rahilə Abdullayevadır. Xəsarət alanlar isə 1965-ci il təvəllüdlü Aliyev Xankişi Əsgər oğlu, 1969-cu il təvəllüdlü Aliyev Budaq Əsgər oğlu, 1972-ci il təvəllüdlü Aliyeva Xatirə Əkbər qızı və 1997-ci il təvəllüdlü Aliyeva Turan Qabil qızıdır.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hacıqabul rayonunda avtomobil aşıb, ölənlər və xəsarət alanlar var.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.