Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.

Hadisə
  • 17 sentyabr, 2023
  • 04:35
Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.

Hacıqabul rayonunda baş verən yol qəzasında iki nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.