Güclü külək səbəbindən Qubada elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problem yaranıb

Hadisə
  • 24 aprel, 2017
  • 01:40
Güclü külək səbəbindən Qubada elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problem yaranıb

Quba. 24 aprel. REPORT.AZ/ Güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Şimal bürosu xəbər verir ki, gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.

Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olublar.

Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb. 

44 - Tezliklə