Göygöldə avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb

Hadisə
  • 23 avqust, 2025
  • 23:22
Göygöldə avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb

Göygöldə iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

"VAZ" və "KİA" markalı avtomobillər toqquşub. Avtomobillərdən biri toqquşmadan sonra idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb.

Hadisə nəticəsində Ə.Ələkbərov və onun övladları T.Ələkbərovla K.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.