Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 5 yaralı var - FOTO - YENİLƏNİB
- 17 avqust, 2019
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçay rayonunda baş verən ağır yol-nəqliyyta hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb.
Yaralıların hamısı Göyçay rayon sakinləridir:
1. 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu
2. 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu
3. 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu
4. 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firuddin oğlu
5.1962-ci təvəllüdlü Əhmədov Rafael Yusif oğlu
Faktla bağlı araşdırma aparılır.
*** 17:59
Göyçay rayonunda zəncirvari qəza baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 215-ci km-də, Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan "VAZ" markalı minik maşını qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşub. Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.