Göyçayda polisə xəsarət yetirilib
Hadisə
- 28 aprel, 2022
- 10:41
Göyçayda polisə xəsarət yetirilib.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki,aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən Rayon Polis Şöbəsinin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Son xəbərlər
04:14
Anthropic rəhbəri: Süni intellekt nəzarətdən çıxarsa, bəşəriyyət üçün təhlükə yarada bilər
Digər ölkələr03:34
Serbiya lideri Avropa İttifaqına çağırış edib
Digər ölkələr03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05