Goranboyda minik avtomobili yük maşınına çırpılıb, ağır xəsarət alan var

Hadisə
  • 22 oktyabr, 2017
  • 16:23
Goranboyda minik avtomobili yük maşınına çırpılıb, ağır xəsarət alan var

Goranboy. 22 oktyabr. REPORT.AZ/ Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb.

Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayon Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mirgəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.