Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb - FOTO

Hadisə
  • 09 dekabr, 2016
  • 17:09
Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb - FOTO

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib.

Goranboy Mərkəzi Rayon Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Qəza "Niva" markalı avtomobil ilə "20-BR-771" dövlət qeydiyyat nişanlı "VAZ - 21011"in toquşması nəticəsində baş verib. Ölən şəxslərdən birinin Fuad Əliyev adlı şəxs olduğu bildirilir.