Gəncədə yaşayış binasının zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb - YENİLƏNİB
- 01 noyabr, 2023
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncədə yaşayış binasının zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər 3-cü mikrorayon, 18-ci binanın zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı hazırda yaşayış binasında elektrik enerjisinin verilməsi dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.
10:03
Gəncədə beşmərtəbəli yaşayış binasında tüstülənmə olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 3-cü mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Zirzəmidə baş vermiş tüstülənmə səbəbindən sakinlər təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.