Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Hadisə
  • 17 oktyabr, 2016
  • 19:13
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncə. 17 oktyabr. REPORT.AZ/ Gəncədə piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saat 22 radələrində şəhərin Heydər Əliyev prospektində baş verib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Qəzənfər Əbülfəz oğlu Nurani yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri almış piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Həkimlər tərəfindən dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmaya başlanıb.

44 - Tezliklə