Gəncədə mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub - YENİLƏNİB-2

Hadisə
  • 12 oktyabr, 2017
  • 16:53
Gəncədə mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub - YENİLƏNİB-2

Gəncə. 12 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində mənzildən meyiti tapılan şəxsin intihar etdiyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, oktyabrın 11-də Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzillərin birində 47 yaşlı Gülmira Səfixanovanın üzərində bıçaq xəsarəti olan meyiti tapılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda istintaq başlanılıb və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.


***20:34

Gəncə. 12 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində mənzildən meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Gəncə şəhər sakini 47 yaşlı Gülmira Səfixanovadır. Qadının hansı şəraitdə və ya kim tərəfindən öldürülməsi ilə bağlı məlumat verilimir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***20:18

Gəncə. 12 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində mənzildən qadın meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhəri, Heydər Əliyevprospektində yerləşən mənzillərin birində aşkar edilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Gəncə şəhər şöbəsinə yerləşdirilib. Hələlik adı məlum olmayan qadının üzərində zorakılıq əlamətlərinin olduğu məlum olub. 

Faktla bağlı araşdırmalara başlanılıb.