Gəncədə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- 22 avqust, 2023
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncədə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə "Report"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin dekabrın 14-də Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Aytən Süleymanovanın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri alması faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İstintaqla Zaur Süleymanovun birgə yaşadıqları evdə arvadı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.