Gədəbəydə 35 yaşlı kişi bıçaqlanıb
Hadisə
- 20 iyun, 2016
- 19:52
Bakı. 20 iyun. REPORT.AZ/ Gədəbəydə 35 yaşlı kişi bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a verilən məlumata görə, axşam saatlarında xəstəxanaya döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə yaralı gətirilib.
Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağırdır.
Məlumata görə, yaralı Gədəbəy rayon Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Kərimovdur.
Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə isə, N.Kərimovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:16
Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb
Region07:57
UKMTO: Hörmüz boğazında tanker mərmi ilə vurulub
Digər ölkələr07:46
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
Digər ölkələr07:17
Bəhreyn nazirlərin Hörmüz boğazı ilə bağlı görüşündə iştirakdan imtina edib
Digər ölkələr06:41
Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib
Digər ölkələr06:13
Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Sağlamlıq05:39
Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranmasının mümkünlüyünü güman edib
İKT05:07
Orban Madyar hökumətinə qarşı "milli müqavimət"in başlandığını elan edib
Digər ölkələr04:38