Bolqarıstan sursat anbarında mümkün təxribat barədə məlumat verib

Digər ölkələr
  • 13 sentyabr, 2026
  • 04:38
Bolqarıstan sursat anbarında mümkün təxribat barədə məlumat verib

Bolqarıstan hakimiyyəti "Emco" (EMCO) hərbi zavodunun sursat anbarında baş verən yanğının mümkün səbəblərindən biri kimi təxribatı nəzərdən keçirir.

"Report" bu barədə "Deutsche Welle"yə istinadən xəbər verir.

Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev istintaqın başlandığını elan edib.

Digər məsələlərlə yanaşı, şirkətin anbarlarında, eləcə də digər obyektlərdə baş verən əvvəlki oxşar yanğınlar mümkün əlaqə və ya nümunəni müəyyən etmək üçün araşdırılacaq.

Daha əvvəl şənbə gününə keçən gecə Bolqarıstanda "Emco" zavodunda bir ay ərzində ikinci partlayışın və ardınca yanğının baş verdiyi bildirilib. İlk belə hadisə 10 avqustda qeydə alınıb.

44 - Tezliklə