UKMTO: Hörmüz boğazında tanker mərmi ilə vurulub

Digər ölkələr
  • 13 sentyabr, 2026
  • 07:57
UKMTO: Hörmüz boğazında tanker mərmi ilə vurulub

Hörmüz boğazında bir tankerə mərmi düşüb.

"Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları Mərkəzi (UKMTO) məlumat verib.

"UKMTO Hörmüz boğazında baş verən hadisə ilə bağlı məlumat alıb. Gəmi Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurulub. Ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil", - bəyanatda deyilir.

Gəminin adı və əsas limanı da daxil olmaqla əlavə məlumat verilməyib.