Füzulidə narkokuryerlik edən șəxs saxlanılıb
Hadisə
- 01 mart, 2025
- 09:25
Füzuli rayonunda İran vətəndaşı vasitəsilə narkokuryerliyə cəlb olunan şəxs tutulub.
"Report"un Qarabağ bürosuna DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.
E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb.
O, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
09:27
Pyer-Emerik Obameyanq Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Futbol09:18
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Din09:12
İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
Digər ölkələr09:07
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
Mədəniyyət siyasəti09:00
Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.09.2026)
Maliyyə08:48
"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2
İnfrastruktur08:32
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
Digər ölkələr08:16