Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur

Futbol
  • 14 sentyabr, 2026
  • 09:00
Premyer Liqa: V tura Şəfa - Sabah oyunu ilə yekun vurulur

Misli Premyer Liqasında V tura bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, son olaraq hazırkı ölkə çempionu "Sabah" "Şəfa"nın qonağı olacaq.

Qarşılaşma "SOCAR Polymer Arena"da, saat 19:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 9 xalla dördüncü pillədə qərarlaşıb. "Şəfa" 4 xalla onuncudur.

Misli Premyer Liqası

I dövrə, V tur

14 sentyabr

19:00. "Şəfa" – "Sabah"

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Gülnurə Əkbərzadə.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2) və "Zirə" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.