Pyer-Emerik Obameyanq Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
- 14 sentyabr, 2026
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Deportivo" klubunun hücumçusu Pyer-Emerik Obameyanq 2026/2027 mövsümündə La Liqanın ilk 5 oyununun hər birində fərqlənərək Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı qabonlu forvard İspaniya çempionatının V turunda "Xetafe" ilə matçın (1:1) 78-ci dəqiqəsində qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.
O, cari mövsümdə "Elçe", "Malaqa", "Valensiya" və "Vilyarreal" ilə görüşlərdə də rəqib qapılarına yol tapıb. Çempionatda analoji uğura sonuncu dəfə 2009-cu ildə "Barselona"nın heyətində isveçli hücumçu Zlatan İbrahimoviç imza atıb.
Qeyd edək ki, "Deportivo" 5 oyundan sonra 9 xalla İspaniya çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.