Fövqəladə hallar naziri: "Azərsun Sənaye Parkı”nda yanğın bir saata lokallaşacaq"
- 28 aprel, 2022
- 21:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"Çox güclü yanğın idi. Artıq demək olar ki, min kvadrat metr ərazidə soyutma və söndürmə işləri gedir. Bu o deməkdir ki, alov 1 saata, saat yarıma lokallaşacaq, bitəcəkdir".
"Report" xəbər verir ki, bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
K.Heydərov qeyd edib ki, yanğından sonra zavodun işçiləri, ərazidəki müəssisələrin əməkdaşları, mülki şəxslər Sumqayıt şəhər Polis İdarəsinin və FHN-in əməkdaşları tərəfindən ərazidən təxliyə ediliblər. Yaxınlıqda təxliyə olunmalı yaşayış məntəqəsi yoxdur.
Nazir FHN-in yanğınsöndürənlərinin, helikopterlərin yanğının söndürülməsində xüsusi qəhrəmanlıq göstədiklərini vurğulayıb: "Hadisə zamanı heç kim xəsarət almayıb, zəhərlənmə faktı yoxdur".