FHN qayıqda iki nəfərin meyitinin tapılması barədə məlumat yayıb

Hadisə
  • 25 may, 2018
  • 06:36
FHN qayıqda iki nəfərin meyitinin tapılması barədə məlumat yayıb
fhn.gov.az

Bakı. 25 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində qayıqda iki nəfərin meyitinin tapılması barədə məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 24-də dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib. Meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən edilib.

44 - Tezliklə