FHN Bakıda baş verən avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıb
- 07 iyun, 2015
- 10:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 07 İyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Sabunçu rayonu ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
"Report" nazirliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub.
Nəticədə, avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü xəsarət alıb və “Daewoo” markalı avtobusda olan 1 nəfər sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Xilasedicilər yaralıları və meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:41-də başa çatıb.