Yol polisi dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Hadisə
- 22 sentyabr, 2025
- 10:22
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
İdarədən "Report"a verilən məlumata görə, yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
"Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir", - xəbərdarlıqda qeyd olunub.
Son xəbərlər
09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.09.2026)
Maliyyə08:14
Foto
Bakıda 18 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Kubanın XİN başçısı: Rubionun kubalıları iradəsinə tabe etmək cəhdi uğursuzluğa məhkumdur
Digər ölkələr07:41
Finlandiya xüsusi təyinatlıları Baltik dənizində təlimlər keçirib
Digər ölkələr07:15
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika06:39