DİN Qubada iki nəfərin yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə
  • 08 iyul, 2017
  • 07:57
DİN Qubada iki nəfərin yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb
Report.az

Bakı. 8 iyul. REPORT.AZ/ DİN iki nəfərin avtomobildə yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 7-də saat 9.00 radələrində Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi “VAZ-2106” markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.