DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb

Hadisə
  • 12 avqust, 2015
  • 07:55
DİN deputat köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb

Bakı. 12 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) deputat Fəzail Ağamalının köməkçisinin öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, DİN-in saytında yer alan məlumatda bildirilib ki, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi “QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Həsənbala Həsənov deputat Fəzail Ağamalının köməkçisi olub.

44 - Tezliklə