Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Hadisə
- 11 noyabr, 2015
- 11:01
Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərviz Yusifovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, P.Yusifov Rasim Məmmədov və Mehman Məmmədov adlı vətəndaşlardan 30 və 50 min manat pul alıb. O, həmin şəxslərdən aldığı pulları qaytaracağını vəd etsə də sözünə əməl etmədiyi üçün tutulub.
P.Yusifov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Son xəbərlər
07:13
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:50
Bloomberg: ABŞ Kanadaya qarşı əlavə ticarət məhdudiyyətləri tətbiq edə bilər
Digər ölkələr06:18
Kuba XİN rəhbəri ABŞ-ı "bütöv bir xalqı boğmağa" çalışmaqda ittiham edib
Digər ölkələr05:44
Çexiyada ağır cinayətlər törədən əcnəbilərin ölkədən çıxarılması təklif edilib
Digər ölkələr05:19
Yaponiya Hörmüz boğazından yan keçən neft kəmərlərinin tikintisini dəstəkləyəcək
Digər ölkələr04:46
Axios: ABŞ İrana yeni genişmiqyaslı zərbələr endirməyi planlaşdırmır
Digər ölkələr04:15
NBC: İranın zərbələri ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub
Digər ölkələr03:54
İngiltərə millisinin sabiq hücumçusu həbs edilə bilər
Futbol03:28