Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib

Digər ölkələr
  • 26 avqust, 2026
  • 03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən iclasda toplanan Yəmən Rəhbərlik Şurası husilərə qarşı əlavə tədbirləri, o cümlədən onların hərbi obyektlərinə, eləcə də komandanlıq və idarəetmə mərkəzlərinə qabaqlayıcı zərbələrin endirilməsini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.

Şuranın bəyanatına əsasən, silahlı qüvvələr husilərin eskalasiyasına cavab olaraq onlara qarşı təzyiqi artırmaq, hərəkatın rəhbərliyinə, hərbi potensialına və maliyyə mənbələrinə zərbələr endirmək niyyətindədir.

İclas iştirakçıları həmçinin son həftələrdə silahlı qüvvələrin həyata keçirdiyi uğurlu əməliyyatları və onların düşmən hərəkətlərinə cavab vermək qabiliyyətini qeyd ediblər.

Bundan əlavə, Şura Yəmən ərazisində dövlət institutlarının fəaliyyətinin bərpasına yönəlmiş tədbirləri də təsdiqləyib.

44 - Tezliklə