"Muğanbank"ın dələduzluqda təqsirləndirilən sabiq xəzinədarının məhkəməsi başlayıb

Hadisə
  • 16 iyun, 2017
  • 07:45
Muğanbankın dələduzluqda təqsirləndirilən sabiq xəzinədarının məhkəməsi başlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, A.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. O, "Muğanbank"ın xəzinədarı vəzifəsində çalışıb. A.Əliyev işlədiyi dövrdə külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirib.



44 filmi