Cəlilabadda qəzada yaralananların sayı artıb - YENİLƏNİB-2

Hadisə
  • 21 iyul, 2026
  • 17:11
Cəlilabadda qəzada yaralananların sayı artıb - YENİLƏNİB-2

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (3 qadın, 2 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfər (2 kişi, 1 qadın) ambulator müalicə üçün evə buraxılıb.

Bir qadının vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda bir qadının isə tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Cəlilabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yaralılar Cəlilabad rayon sakinləri-1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova övladları- 2013-cü il təvəllüdlü Zeynəb Rüstəmova, 2015-ci il təvəllüdlü İlahə Rüstəmova, 2019-cu il təvəllüdlü Ariz Rüstəmovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.