Kolumbiyada mədəndə partlayış baş verib, ölən və itkin düşənlər var
- 14 noyabr, 2026
- 22:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Kolumbiyanın mərkəzi hissəsindəki mədəndə metan qazının partlaması nəticəsində iki nəfər həlak olub, itkin düşən daha iki nəfərin axtarışları davam edir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Dağ-Mədən Agentliyindən bildirilib.
Qeyd olunur ki, partlayış Boqotadan təxminən 240 km şimalda, Boyaka departamentinin Çita bələdiyyəsində baş verib. Hadisə vaxtı yerin altında dörd nəfər olub.
Qurumun məlumatına görə, axtarış-xilasetmə işləri partlayışdan sonra baş verən çökmə səbəbindən çətinləşir. Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.
Mədənin operatoru və çıxarılan faydalı qazıntının növü hələ ki müəyyənləşdirilməyib. Agentlikdən obyektin rəsmi qeydiyyatdan keçdiyi dəqiqləşdirilib.