Biləsuvarda yol qəzasında 8 yaşlı uşaq xəsarət alıb

Hadisə
  • 11 iyun, 2023
  • 00:16
Biləsuvarda yol qəzasında 8 yaşlı uşaq xəsarət alıb

Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 2015-ci il təvəllüdlü Hacıyeva Əsmanur Rahib qızı xəsarət alıb.

Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə