Biləsuvarda qadın dərman içərək intihara cəhd edib
Hadisə
- 18 iyul, 2017
- 04:57
Biləsuvar. 18 iyul. REPORT.AZ/ Biləsuvar rayonunun Əsgərabad kəndində intihara cəhd hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, kənd sakini, 1972-ci il təvəllüdlü S.Kərimova həddindən artıq dərman həbi qəbul edərək, intihara cəhd edib.
Qadın "Təcili yardım" avtomobili vasitəsilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına ilkin tibbi yardım göstərilib, mədəsi yuyulub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.
Yaxınlarının dediyinə görə, Səbinə Kərimova İran istehsalı olan 6-ya yaxın həb qəbul edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib
Digər ölkələr05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06
"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Region03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40