Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib

Digər ölkələr
  • 02 sentyabr, 2026
  • 05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Eşvill şəhərində (Şimali Karolina ştatı-red) keçirilən görüşdən sonra birgə kommünikedə razılığa gələ bilməyiblər.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Ümid edirdim ki, bu gün son bir neçə gün ərzində və il ərzində birlikdə gördüyümüz əla işi əks etdirəcək birgə kommünikenin yekdilliklə qəbul edilməsini elan edə biləcəyik", - o deyib.

Bessentin sözlərinə görə, görüş iştirakçıları tam konsensusa gələ bilməyiblər. O, bunu Çinin mövqeyi ilə əlaqələndirib.

ABŞ-nin maliyyə naziri qeyd edib ki, yekun bəyanatı iclasın sədri kimi Vaşinqton hazırlayıb.

44 - Tezliklə