Biləsuvarda fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb

Hadisə
  • 19 sentyabr, 2017
  • 16:49
Biləsuvarda fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb

Biləsuvar. 19 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Report”un Aran bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


*** 19:28

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.

Fəhlələr pambıq yığımından qayıdırlarmış.  

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə